s
GV-AS2120 IP Control Panel:
Birtərəfli keçidə nəzarət olunduqda 4 qapıya;
İki tərəfli keçid nəzarət olunduqda 2 qapıya Wiegand vasitəsi ilə və ya 4 qapıya Wiegand, RS-485 və şəbəkə vasitəsi ilə nəzarət etmək imkanı yaradır.
- 4 ədəd Wiegand 26 / 64 bit kart oxuyucu dəstəkləyir;
- RS-485 və şəbəkə vasitəsi ilə 8 ədəd GV-Oxucu və GV-GF Barmaq İzi oxuyucusunu dəstəkləyir;
- daxili 8 rəqəmsal giriş və 8 rele çıxışı vardır;
- qapı, dayanacaq qapıları (şlaqbaum) və liftin çağırış düymələrini idarə etmək üçün uyğundur;
- təhlükə həyəcan siqnalı mövcuddur;
- DC 12V, 3A / PoE+ (IEEE 802.3at, 25.5 Vt-a qədər təmin edir).
GV-AS4110 IP Control Panel - bir tərəfli və iki tərəfli keçidənəzarət etmək üçün 4 qapının idarəetməsini təmin edir.
- 8 ədəd Wiegand 26 / 64 bit kart oxuyucu dəstəkləyir;
- RS-485 və şəbəkə vasitəsi ilə 8 ədəd GV-Oxucu və GV-GF Barmaq İzi oxuyucusunu dəstəkləyir;
- daxili 16 rəqəmsal giriş və 24 rele çıxışı vardır;
- qapı, dayanacaq qapıları (şlaqbaum) və liftin çağırış düymələrini idarə etmək üçün uyğundur;
- təhlükə həyəcan siqnalı mövcuddur.
GV-AS8110 IP Control Panel:
Birtərəfli keçidə nəzarət olunduqda 8 qapıya;
İki tərəfli keçid nəzarət olunduqda 4 qapıya Wiegand vasitəsi ilə və ya 8 qapıya Wiegand, RS-485 və şəbəkə vasitəsi ilə nəzarət etmək imkanı yaradır.
- 8 ədəd Wiegand 26 / 64 bit kart oxuyucu dəstəkləyir;
- RS-485 və şəbəkə vasitəsi ilə 16 ədəd GV-Oxucu və GV-GF Barmaq İzi oxuyucusunu dəstəkləyir;
- daxili 16 rəqəmsal giriş və 24 rele çıxışı vardır;
- qapı, dayanacaq qapıları (şlaqbaum) və liftin çağırış düymələrini idarə etmək üçün uyğundur;
- təhlükə həyəcan siqnalı mövcuddur.
GV-AS4111 Kit / GV-AS8111 Kit - tərkibində GV-AS4110 / GV-AS8110 panel, enerji adapter lövhəsi, qida bloku və ehtiyat batareyası üçün yer mövcud olan bir qutudur.
GV-EV48 Lift Kontrol Paneli - maksimum 48 mərtəbəli liftin düymələrinə nəzarət etmək üçün nəzərdə tutulmuş lift kontrolleridir.
Giriş kartları, kartın PIN kodu və ya barmaq izindən istifadə edərək liftin təyin edilmiş mərtəbələrə qalxmasına icazə verir.
- GV-EV48 - 24 mərtəbə: daxili 24 rele çıxışı var;
- GV-RV48 - 48 mərtəbə: daxili 48 rele çıxışı var;
2 GV-Oxuyucu / GV-Barmaq İzi oxuyucusunu RS-485 və şəbəkə vasitəsi ilə dəstəkləyir.
GV-AS1620 - bir qapının idarə edilməsi üçün nəzərdə tutulmuş üç növ interfeysə malik kontorllerdir.
Dəstəklənən interfeyslər:
- Wiegand;
- RS-485;
- TCP/IP;
Hər bir interfeys 2 oxuyucu dəstəkləyir.
- RS-485 / OSDP rabitəsi;
- Qapı kontaktı, çıxış düyməsi, yanğın kontaktı və müdaxilə kontaktı üçün 4 rəqəmsal girişə malikdir;
- Kilid və siqnalizasiya üçün 4 rele çıxışı;
- girişə icazə / rədd siqnalları üçün 2 LED mövcuddur;
- DC 12V, 3A / PoE+ (IEEE 802.3at);
- 100.000 karta qədər yaddaşı var.
- 125 kHz EM kart oxuyucuları;
- 13,56 MHz Mifare kart oxuyucuları;
- və ya ikili 125 kHz EM + 13,56 MHz Mifare kart oxuyucuları;
- PİN kodu;
- QR kod oxuyucuları;
Wiegand interfeysi istənilən standart girişə -nəzarət sisteminə inteqrasiyanı da asanlaşdırır.
GV-FR Panel - daxili NFC / QR kod oxuyucu və İPS sensor ekranı olan Üz Tanıma panelidir.
- 800 x 1280 HD təsvirləri nümayiş etdirə bilən 8" LCD sensor ekranı mövcuddur;
GV-FR Paneli müxtəlif variant identifikasiya əsasında girişə icazə və ya rədd qərarı verir:
- Üz tanıma;
- Giriş kartları;
- Kart + üzün ikiqat autentifikasiyası;
QR kodlar GV-ASManager -in Visitor Management System (GV-VMWeb) proqram təminatı vasitəsi ilə oxunur.
GV-FR2020 Üz tanıma oxuyucusu GV-AS Controller və GV-ASManager ilə birlikdə istifadə edilir.
Bu Kontroller proqram təminatı ilə birlikdə üz tanıma; kart, kart + üz tanıma və ya şifrə + üz tanıma rejimlərdə girişə nəzarəti həyata keçirə bilir.
GV-CS1320 - daxili 2 MP kamerası və 13,56 MHz oxuyucusu olan girişə nəzarət kontrolleridir.
GV-CS1320 100.000-ə qədər istifadəçinin girişə nəzarət kartlarını yaddaşda saxlayır. Kamera real vaxt rejimində girişin canlı görüntüsünü qeydə alaraq şəbəkə üzərindən "GV-ASManager" girişə nəzarət sisteminə ötürür.
İstifadəçinin ziyarətçilərlə əlaqə saxlaması və girişə icazə verməsi üçün üç növ bildiriş mövcuddur:
- SIP/VoIP Zəng;
- GV-ASNotify PC proqramı;
- GV-Access mobil proqramı.
GV-CS1320 girişə icazə verilməzdən əvvəl kartın eyniləşdirilməsi ilə birlikdə üz aşkarlanmasını həyata keçirmək üçün Kart + Üz rejimini də dəstəkləyir.
Face ID5 Series
Face ID 5 seriyası üz, qan damarları, barmaq izi və kod tanıma üsulları ilə iş vaxtına və girişə nəzarət kontrolleridir.
Əlavə olaraq hərarət yoxlamaq funksiyası mövcuddur (opsional).
Face ID 2 - bir sistemdə üz və barmaq izi texnologiyasından istifadə edən iki funksiyalı biometrik girişə nəzarət kontrolleridir.
Əlavə olaraq barmaq izi, kart və parol seçimləri də mövcuddur.
Face ID X biometrik girişə və iş vaxtına nəzarət kontrolleridir.
Tərkibində İkili kamera, 1,2 GHz tək nüvəli mikroprosessor, 1,0GB flash yaddaş, 1,0GB SDRAM mövcuddur.
Cihaz 30.000-ə qədər üz tanıma, 10.000-ə qədər barmaq izi , 10.000 kart-a qədər məlumat saxlama gücünə malikdir.
Face ID 4d - iş vaxtına və girişə nəzarət kontrolleridir.
FingerTec Face ID 4d kontaktsız biometrik texnologiya vasitəsi ilə dəqiq şəxsiyyət eyniləşdirilməsini təmin edir. Üz tanıma alqoritminin ən yenisi olan Face Biobridge VX 7.0 yüksək ayırdetmə kamerası və infraqırmızı funksiya ilə minimal işıq altında da üz aşkarlanmasını təmin edir.
FingerTec R2 və R2C (master və slave)
R2 seriyası istifadəçilərə girişə nəzarət və həmçinin də iş vaxtına nəzarət etmək imkanları yaradır. Identifikasiya texnologiyaları:
- master - barmaq izi, İD kart, PİN kod;
- slave - barmaq izi, İD kart;
Əlaqə interfeysləri: TCP/İP, RS485, USB.
R3 cihazı istifadəçilərə girişə nəzarət və həmçinin də iş vaxtına nəzarət etmək imkanları yaradır. Bu cihaz 2,4 düymlük rəngli LCD sensor panelə və intuitiv interfeysə malikdir.
Barmaq izi, kart və şifrə daxil olmaqla çoxsaylı yoxlama üsulları da mövcuddur.
Əlaqə interfeysləri: TCP/İP, RS485, USB.
FingerTec Q2i orta və böyük təşkilatlar üçün uyğun olan davamiyyətə və girişə nəzarət biometrik kontrolleridir.
Barmaq izi, kart və PIN kod çoxsaylı yoxlama üsulları mövcuddur.
Əlaqə interfeysləri: TCP/İP, RS485, USB
FingerTec TA500 və FingerTec TA200 Plus biometrik iş vaxtına nəzarət kontrollerləri yaddaşında 2000-ə qədər barmaq izi və 80 000 əməliyyat qeydə ala bilir.
FingerTec TCMS V3 proqram təminatı vasitəsi ilə hesabatların yaradılmasını və əmək haqqı proseslərini asanlaşdırır.
Kadex seriyası girişə nəzarət və davamiyyəti qeydə alan avadanlıqlardan ibarət sistemidir.
Master və Slave cihazlar mövcuddur.
Kadex oxuyucu cihazı kart, PİN kod rejimlərini dəstəkliyir.
Ingressus Mərkəzləşdirilmiş Giriş İdarəetmə Sistemində 1 qapı (Ingressus I), 2 qapı (Ingressus II) və 4 qapı (Ingressus IV) girişə nəzarətin kontrollerləri mövcuddur. İstifadəçilər giriş-çıxış zamanı öz şəxsiyyətlərini Wiegand və ya RS485 terminallarının oxuyucularında barmaq izi, kart, parol ilə eyniləşdirirlər.